HƏDİSLƏRDƏ QİYAMƏT ƏLAMƏTLƏRİ

On dörd əsr əvvəl Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) qiyamətlə əlaqəli bəzi qeybi məlumatları və bunlarla bağlı fikirlərini yanındakı müsəlmanlara xəbər vermişdi. Bu dəyərli sözlər nəsillərdən-nəsillərə ötürülmüş, hədis kitabları və İslam alimlərinin əsərləri ilə günümüzə qədər gəlib çatmışdır. Əlinizdəki kitabın sonrakı səhifələrində qeyd edilən hədislər də Peyğəmbərimiz (s.ə.v) tərəfindən bu mənada deyilmiş xəbərləri ehtiva edir. Bu hədislərin səhih, yəni etibarlı və doğru olduğunun ən əhəmiyyətli isbatlarından biri həmin hədislərdə xəbər verilən bütün əlamətlərin hicri 1400-cü ilin əvvəlindən etibarən son 30 ilin içində ard-arda gerçəkləşməsidir. Hədislərdəki hadisələrin baş verməsi bu hədislərin doğru olduğunu göstərir.

Hədislərdə bildirilən əlamətlərdən bəziləri 1400 illik İslam tarixinin hər hansı bir dövründə, dünyanın müəyyən bir bölgəsində, müəyyən bir ölçüdə görülə bilər. Belə bir vəziyyət həmin dövrün axırzaman olduğunu göstərməz. Çünki bir dövrün axırzaman adlandırılması üçün qiyamət əlamətlərinin hər birinin eyni əsrdə, bir-birini ardınca həyata keçməsi lazımdır. Bu vəziyyət bir hədisdə belə bildirilir:

“Qiyamət əlamətləri bir cizgidəki muncuqların arxa-arxaya qoşulduğu kimi bir-birinin arxası ilə meydana gələr”. (“Ramuz əl-əhadis”, 277/6; “Camius-səğir”, 3/167)

Yuxarıdakı məlumatın aydınlığında axırzaman hədisləri incələnəndə heyrətləndirici bir nəticə ortaya çıxır. Peyğəmbərimizin (s.ə.v) əsrlərlə əvvəl təfərrüatı ilə açıqladığı əlamətlər demək olar ki, dünyanın hər yerində bir-birinin ardınca və bildirildiyi kimi hazırda yaşadığımız əsrdə baş verir. Sanki hədislər bu dövrün portretini çəkir. Bu isə əlbəttə ki, çox möcüzəli bir hadisədir. Ortaya çıxan hər qiyamət əlaməti insanlara Allah`ın qarşısında hesab verəcəkləri qiyamət gününün çox yaxınlaşdığını və Quran əxlaqını həyat tərzi halına gətirməsinin əhəmiyyətini bir dəfə də xatırladır.

Bu açıq həqiqətə baxmayaraq, hz. İsanın (ə.s) və hz. Mehdinin (ə.s) bu əsrdə zühur etməyəcəyini, İslamın bu əsrdə yer üzünə hakim olmayacağını deyənlər çox yanılırlar. Belə adamların bu səhv inancına görə, 30 il içində gerçəkləşən və gerçəkləşməyə davam edən 200-dən çox əlamət eyni şəkildə, təkrar və ard-arda yenidən gerçəkləşməlidir. Şübhəsiz ki, bu, səmimi və həqiqi bir iddia deyil. Ağıllı və səmimi olan isə bu iki mübarək şəxsin zühurunun, yəni qiyamətin yaxınlaşdığının əlaməti olan yüzlərlə hadisənin bu əsrdə gerçəkləşdiyini görmək və bu gözəl dövrdə olmağın sevincini yaşamaqdır.

Kitabın bu hissəsində Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi qiyamət əlamətlərindən sadəcə bir qisminə yer verilmişdir. (Mövzu ilə əlaqədar daha ətraflı məlumat əldə etmək istəyənlər www.hazretimehdi.com saytına baş vura bilərlər)