QİYAMƏT SAATI YAXINDIR

Əksər insanların qiyamət günü haqqında qismən də olsa məlumatı var. Demək olar ki, çox adam qiyamət saatının dəhşətindən az və ya çox xəbərdardır. Buna baxmayaraq, insanlar bu cür həyati bir məsələ haqqında eyni cür hərəkət edir, yəni qiyamətlə bağlı düşünmək və ya danışmaq istəmirlər. Qiyamət saatı gələndə yaşanacaq qorxunu ağıllarına gətirməmək üçün çox səy göstərirlər. Qəzetlərdə oxuduqları bir müsibət xəbərinin və ya başqa bir bəlanı göstərən filmin onlara qiyaməti xatırlatmasına da dözə bilmirlər. Həmin günün mütləq olacağını fikirləşməkdən çəkinirlər. Bu mövzudan danışan insanlara qulaq asmaq istəmədikləri kimi, həmin böyük gündən bəhs edən yazıları da oxumaq istəmirlər. Bunlar qiyamət fikirlərinin səbəb olduğu qorxudan qaçmaq məqsədilə ərsəyə gətirdikləri üsullardan bəziləridir.

Əksər insanlar da qiyamət saatının ciddi və həqiqətəuyğun olduğuna inanmır. Bunun bir nümunəsini “Kəhf” surəsində bəhs edilən zəngin bağ sahibinin ifadələrindən də görürük:

“Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!” (“Kəhf”, 18/36)



Bu cümlələrdə Allah`a inandığını söyləyənlərin, lakin qiyamətin gerçək olduğunu düşünməyənlərin, həm də ayələrə zidd iddialar ortaya atanların beynindəki həqiqət göstərilir. Başqa bir ayədə də qiyamət saatı ilə bağlı tərəddüd edən, şübhələnən inkarçılardan belə bəhs edilmişdir:


“Allah`ın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!” -deyildiyi zaman: “Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!” - deyə cavab verirdiniz!” (“Casiyə”, 45/32)




Bəzi insanlar qiyamət saatını tamamilə inkar edirlər. Bu cür hərəkət edənlər isə Quranda belə bildirilmişdir:


“Onlar qiyamət saatını da yalan saydılar. Biz də qiyamət saatını yalan hesab edənlər üçün şiddətli bir atəş hazırladıq” (“Furqan”, 25/11).




Həqiqəti öyrənmək məqsədilə bizə yol göstərən mənbəyimiz Qurana nəzər salanda açıq-aşkar bir həqiqətlə qarşılaşırıq. Qiyamətlə bağlı özlərini aldadan insanlar çox böyük səhv edirlər. Çünki Allah ayələrdə qiyamət saatının yaxın olduğunu və bu məsələdə heç bir şübhəyə yer olmadığını xəbər verir:

“Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...” (“Həcc”, 22/7)



“Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət saatı mütləq gələcəkdir...” (“Hicr”, 15/85)



“Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...” (“Mumin”, 40/59)



Quranın qiyamətlə bağlı mesajının üstündən 1400 ilə qədər uzun bir zamanın ötdüyünü, bu vaxtın da bir insanın həyatı ilə müqayisədə çox böyük olduğunu fikirləşənlər ola bilər. Ancaq burada bəhs edilən məsələ Yer kürəsinin, Günəşin, ulduzların, qısası, bütün kainatın axırıdır.

Kainatın milyardlarla illik keçmişi nəzərə alınanda 14 əsrlik bir dövrün çox qısa olduğu məlumdur.

Yaxın dövrümüzün böyük İslam alimi Bədiüzzaman Səid Nursi də buna oxşar bir suala hikmətli bir oxşatma ilə belə cavab vermişdir:

“Quranda qiyamətin yaxın olduğu bildirilir. Bu qədər dövr keçəndən sonra gəlməməyi onun yaxın olduğuna zərər verməz. Çünki qiyamət dünyanın əcəlidir. Dünyanın ömrü ilə müqayisə ediləndə min və ya iki min il, bir illə müqayisədə bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Qiyamət saatı ancaq bəşərin əcəli deyil ki, onun ömrü ilə müqayisə edilib gec olacağı qəbul edilsin”.

CƏNAB ADNAN OKTARIN MÜSAHİBƏLƏRİNDƏN



“Bədiüzzaman, üç inqilabi-əziməyə diqqət çəkmişdir”

ADNAN OKTAR:….. Amma açıq şəkildə deyirəm ki, gəlmiş keçmiş ən böyük mücəddid və müçtəhiddir Səid Nursi. “Mən”, -deyir; yüksək əxlaqına baxın bu insanın. “Mən seyid deyiləm”, -deyir; “O gələcək mübarək insan seyiddir”, -deyir; “Ondan sonra, o axır zamanda gələcək olan şəxsin”, -deyir; “Mehdinin pişdarı, qabaqcıl bir nəfəriyəm”, -deyir; “Əsgəriyəm”, -deyir; “Hər hansı sıravi bir əsgəriyəm”, -deyir və: “Ona mühit hazırlayıram”, -deyir. Və: “Gəldiyi zaman”, -deyir; ““Risaleyi-nur”un əsl sahibi”, -deyir; “Bu əsərlərin əsl sahibi Odur”, -deyir və: “Ən yaxşı O anlayacaq bu “Risaleyi-nur” külliyatını”, -deyir. Yəni: “Mənim dəyərimi də ən yaxşı O biləcək”, - deyir. ““Risaleyi-nur”un da ən yaxşı qiymətini biləcək olan Odur”, - deyir. İnşaAllah.

“Risaleyi-nur”un da yenə sirlərini ortaya çıxaracaq olan hz. Mehdidir (ə.s). Yəni içi sirlərlə doludur “Risaleyi-nur” külliyatının. Metafizik bir insandır, qeyri-adidir. “Ta hicri 1506-cı ilə qədər, 1506-cı ildən 1542-ci ilə qədər gizli məğlubanə”, -deyir. “Və bir taifeyi-əzəm”, - deyir hz. Mehdinin (ə.s) tələbələrinə. O ayrı bir əzəm, onları da ayrı olaraq qatır; “Onlar da”, -deyir, yəni: “Davam edəcəklər”, - deyir, inşaAllah. “Və axır zamanda yenə hizbi-məqbuldur”, -deyir. “Məqbul bir xidmətdir”, -deyir. Yəni: ““Risaleyi-nur” külliyatı hələ də oxunmağa davam edəcək”, -deyir. 42-yə qədər deyirəm. 42-dən sonra nə “Risaleyi-nur” qalacaq, nə də Quran qalacaq, hamısı göyə rəf ediləcək. Üç il müddətində rüsvayçılıqlarına davam edəcəklər, üç il. Bəli, 1542-dən 42, 43, 44, 45. 1545-ci ildə qorxunun şiddətindən bütün bədənləri iflic olacaq. Allah deyir ki, başları, saçları bütün ağappaq olacaq. Yəni insan ağlının qəbul edə biləcəyi ən böyük qorxu şokunu yaşayacaqlar. Dünyanın fırlanması əksinə olmağa başlayır. Quran, deyir ki, dünyanın başından alınması ilə, yəni dünyanın beynidir Quran. “Alınması ilə dünya artıq divanə olar, ağlını itirər”, -deyir. “Və intizamsız hərəkətlərlə başını başqa bir səyyarəyə vurar”, -deyir. Yəni bir göy daşı, böyük bir göy daşı, amma böyük daş ki, həmişə yan keçir hal-hazırda, onsuz da bilirsiniz, tez-tez yan keçir, bu dəfə isə yan keçməyəcək. Vurdusa, tərsinə çevirməyə başlayacaq dünyanı. Maqma, maqmanın hərəkəti dayanmadığı üçün, çünki qabıq dayanacaq; qabıq tərsinə dönəcək, amma maqma sürətdən asılı olaraq dönməyə davam edəcək. Məsələn, siz bir qabın içinə su doldurarsınız, onu mərkəzdənqaçma sürəti ilə bir şey etsəniz və qabı birdən dayandırsanız, su fırlanmağa davam edər və bax, bu, böyük fəlakət törədər. Ayədə də bildirilən odur; “Dənizlərin yandığını görərsən”, -deyir. Hər yerdən, boğazlardan, Marmaradan, Aralıq dənizindən, hər yerdən minlərlə, on minlərlə km yüksəkliyə lavalar fışqırmağa başlayacaq yerin altından. Hər yer parçalanacaq, boğazlar açılıb qapanacaq. Qısa zamandır, amma qorxunun ən şiddətlisini yaşayacaqlar, mələklər də daima o anda enməyə başlayacaq... Ancaq ağılın ixtiyarı qalxmış olacaq artıq, dönüş yoxdur ondan sonra, inşaAllah. Ardıcıl hadisələrdir bunlar. Yəni bu, yüz iyirmi il bundan sonra yaşanacaq. Elə bir mövzu yoxdur. Belə ki, hədisləri göstərdim… “Üç inqilabi-əziməyə diqqət çəkmişdir”, -deyir ustad, biri də 1545. Ən şiddətlisi, bax, budur. Bu qiyamət. İnqilabi-əzimə, yəni böyük inqilab, böyük dəyişiklik və: “Bununla sonlanacaq”, -deyir. Və: “Küfrün başına qiyamət qopmasına işarə edər”, -deyir, inşaAllah, Əziz Allah. (Kanal 35, 4 oktyabr 2009)


Allah`dan başqa heç bir tanrı yoxdur.
Olacağına şübhə edilməyən qiyamət günü hamınızı, əlbəttə, O toplayacaqdır.
Allah`dan daha doğru danışan kim ola bilər?! (Nisa surəsi, 87)