ZƏLZƏLƏLƏR
Şübhəsiz ki, tarix boyu bəşəriyyətə zəlzələlər qədər təsir edən çox az təbii fəlakətlər olmuşdur. Hər an, hər yerdə meydana gələn zəlzələlər əsrlər boyu çoxlu insanların ölümünə və astronomik ölçülərdə maddi zərərə yol açmış, bu xüsusiyyətinə görə də insanlar üçün qorxu mənbəyi olmuşdur. XX və XXI əsrin texnologiyaları da zəlzələlərin səbəb olduğu zərərlərin ancaq bir qisminə mane ola bilmişdir. Texnologiyanın təbiət üzərində hakimiyyət qurmaq üçün vasitə olacağı xəyalına düşən bəzi insanlara isə 1995-ci ilin Kobe zəlzələsi çox ciddi bir dərs vermişdir. Xatırlandığı kimi, Yaponiyanın böyük sənaye və nəqliyyat mərkəzində baş verən zəlzələ heç gözlənilməyən bir anda meydana gəlmişdir. Adıçəkilən zəlzələ 20 saniyə davam etsə də, “Time” jurnalının məlumatlarına görə, 100 milyard ABŞ dollarına yaxın zərər vurmuşdur.
ABŞ Geoloji Araşdırma Mərkəzinin (USGS) hesabatına görə, 1556-1975-ci illərdə 5 və daha böyük şiddətdə baş verən zəlzələlərin sayı cəmi 110 olmuşdur. 1980-2003-cü illərdə (sadəcə 23 ildə) meydana gələn böyük şiddətdəki zəlzələlərin sayı isə 1685 olmuşdur. Göründüyü kimi, keçmiş illərdəki zəlzələlərin sayı çox az olduğu halda, hicri 1400-cü ilin əvvəlindən zəlzələlər artmışdır.
Son bir neçə il ərzində meydana gələn böyük və uzunmüddətli zəlzələlər həmişə dünyanın aktual maddəsi olaraq qalır. Amerikanın yerli zəlzələ informasiya mərkəzinin məlumatlarına nəzər salsaq, 1999-cu ildə yer üzündə 20832 zəlzələ meydana gəlmişdir. Bu zəlzələlərdə təxminən 22711 insan həlak olmuşdur.10
Son otuz ildə dünyada baş verən zəlzələlərdən bir neçəsi bunlardır:
- 28 iyul 1976-cı ildə Çində 7.8 bal gücündə zəlzələ oldu. 242 min nəfər öldü, 164 şəxs yaralandı.
-7 dekabr 1988-ci ildə Ermənistanda baş verən zəlzələdə 20000 nəfər öldü, 500000 min nəfər evsiz qaldı.
-20 iyun 1990-cı ildə İrandakı 7.7 bal gücündəki zəlzələdə 40 min nəfər öldü, 100 min nəfər yaralandı.
-1995-ci ildə Kobe zəlzələsi 20 saniyə davam etməsinə baxmayaraq, 100 milyard dollar zərərə səbəb oldu.
- Hindistanda 26 yanvar 2001-ci ildə baş verən 6.7 bal gücündəki zəlzələdə 25 min nəfər öldü, 166 min nəfər yaralandı.
- 26 dekabr 2003-cü ildə İranda meydana gələn 6.7 bal gücündəki zəlzələdə 31 min 884 nəfər öldü, 18 min nəfər yaralandı.
-26 dekabr 2004-cü ildə İndoneziyada 9.0 bal gücündəki zəlzələ nəticəsində meydana gələn sunamidə 300 min nəfər öldü.
- 8 oktyabr 2005-ci ildə Pakistanda baş verən 7.6 bal gücündəki zəlzələdə təxminən 100 min nəfər öldü.
Bütün bu hadisələr Peyğəmbərimizin (s.ə.v) 1400 il əvvəl dediyi bu sözləri gözümüzün önünə gətirir:
“Bu hadisələr olmayana qədər qiyamət qopmayacaqdır... zəlzələlər çoxalacaq...” (“Ramuz əl-əhadis”, 476/11)
“Qiyamətdən əvvəl iki böyük hadisə var... və sonra da zəlzələli illər”. (“Ramuz əl-əhadis”, 187/2)
Quranda da zəlzələ ilə qiyamət arasındakı əlaqəyə işarə edən ayələr var. Quranın 99-cu surəsinin adı “Zəlzələ” surəsidir. Səkkiz ayədən ibarət olan bu surədə yerin şiddətli sarsılması təsvir edilir, bundan sonra da qiyamət günü insanların dirildiləcəkləri və Allah`ın hüzurunda hesab verəcəkləri, zərrə ağırlığında da olsa etdikləri işlərinin əvəzini alacaqları bildirilir: